R.Braun: “V8 və V10 mühərriklərə qayıtmayacağıq”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, idmanın V10 və ya V12 mühərriklərə qayıtmaq ehtimalı yoxdur.

F-1.az xatırladır ki, Formula1-də daha əvvəl V12, V10, V8 mühərriklərdən sonra 2014-cü ildə V6 turbo mühərriklərə keçilib. Bu proseslər baş verərkən mühərrik səsi azalıb və V6 mühərriklər azarkeşlər tərəfindən tənqid edilir. Liberty Media hazırkı güc qurğularını dəyişmək istəsə də, komandalar buna razı deyillər.

Ross Braun: “İstehsalçılar istəmədiyi halda bu, mümkünsüzdür. Hazırkı mühərriklərin qalmasını istəyirlər. Bunun əvəzinə hazırkı mühərrikləri təkmilləşdirməliyik. Əlbəttə, bunu edərkən komandaları da düşünməliyik. Onları burada saxlamağın yollarını tapmalıyıq. Hədəflərimizdən biri də daha çox istehsalçını idmana cəlb etməkdir. Mən V12 və ya V10 mühərriyə keçmək istəyərəm. Amma inanmıram ki, reallaşsın”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*