Ross Braun: “Yarışları baxımlı etmək – bu, əsas məqsəddir. Təkcə yarışların sayını artırmağın bir mənası yoxdur. Yox, əgər dünyanın bir çox gözəl yerlərində baxımlı yarışlar keçirmək mümkün olarsa, bu barədə düşünmək olar.
Mən Formula1-in tələblərinə cavab verən və təqvimə düşmək üçün çalışan, gözləyən trasların reytinqini tərtib etmək istəyirəm. O zaman biz hansı trasda baxımlı yarış və keyfiyyətli təşkilatçılıq görmürüksə, onu başqa perspektivli yarışla əvəz edə bilərik”.