F-1.az xatırladır ki, hazırda təqvimdə 20 yarış var. Gələn il Malaziyazın imtinası və Almaniya ilə Fransanın qayıtmasıyla təqvimdə 21 yarış olacaq. Amma hazırda Türkiyə Qran Prisinin qayıtması ehtimalı var və Liberty Media-nın Formula1-i satın almasından sonra Amerikada yarışların sayının artırılma ideyası ortaya atılıb.
Ross Braun: “Yarış sayını artırmaq çətin bir şey deyil. Əsas olan onların keyfiyyətidir. Komandalar 20 yarışlıq təqvimdə çətinlik çəkmirlər və 1-2 yarış da əlavə etmək problem yaratmaz.
Builki reqlament dəyişikliklərindən sonra yarışların daha həyəcanlı olduğunu gördük. Ötmələrin sayı azalsa da, keyfiyyət artdı. Hər həftə yeniliklər edərək, insanları idmana cəlb etməyə çalışırıq. Ümid edirəm ki, gözəl işlər görməyə davam edər və idmanı ən yaxşı formada təkmilləşdirərik”.