F-1.az xatırladır ki, Niko Rosberq 2016-cı ildə Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra istefa vermiş və Formula1 karyerasını bitirdiyini açıqlamışdı.
Formula1 tarixinin 33-cü çempionunun bu qərarını bəziləri sərt formada tənqid etsə də, bəziləri dəstəkləmişdi. 2010-2013-cü illərdə Rosberqlə bir yerdə işləmiş Ross Braun almaniyalı sürücünün bu qərarına dəstək verib: “İstefa qərarı idman üçün yaxşı deyil. Amma yarışmaq üçün lazımi motivasiyası yoxdursa, o zaman təqaüdə çıxması daha yaxşı olar. Böyük ehtimalla Rosberq və Formula1 üçün ən doğru qərar idi, çünki heç kəs get-gedə zəifləyən bir Dünya Çempionu görmək istəməz. Amma bir çempionun təqaüdə çıxması idman üçün yaxşı hal deyil. Lyuis idmandakı ən yaxşı meyarlardan biridir. Doğru boliddə və doğru komandada çıxış edir. Valtteri Bottas ilə mübarizəsi təsiredici olacaq”.