Ross Braun: “Bu il Mercedes AMG-nin iki sürücüsündən hansı çempion olsa da, buna layiqdir. Bəlkə kimlərsə arada baş verən texniki problemlərdən bəhs edə bilər, lakin sürücülər bunların avtoidmanın bir parçası olduğunu qəbul etməlidirlər. Bunlar hamının başına gələ bilər. Mən Nikonun qalib gəlməyini istərdim, çünki bundan əvvəlki iki ildə titulu əldən verib. Lyuis daha istedadlı sürücüdür və Nikodan bir qədər sürətlidir. Amma Niko da çox inadkar və çalışqandır. Bu da aradakı fərqi minimuma endirir”.