F-1.az xatırladır ki, Rikkardo yarışın 40-cı dövrəsində düzlükdə komanda yoldaşı Ferstappenə hücum edərkən, arxadan ona çırpılmış və nəticədə hər iki sürücü mübarizəni dayandırmışdı.
Ross Braun: “Günahın kimdə olduğu barədə şərh vermək istəmirəm. Bu qərarı stüardlar verəcək və onlar da lazım olanı etdilər. Amma bir texniki mövzu barədə danışmaq istəyirəm. Daniel hücum üçün trayektoriya seçəndə və Maks onun qarşısını kəsəndə avstraliyalı sürücü sadəcə bir sərnişin idi. Ferstappenin bolidinə görə asfaltayatma qüvvəsini itirmişdi və bolidi saxlamaq mümkünsüz idi. Asfaltayatma qüvvəsinin döngələrdə vacib olduğunu düşünsək də, əylənmə zamanı da tutunma vacibdir. Əylənmə zamanı asfaltayatma qüvvəsini azaltsanız, bazar günü çoxlu qəza olar”.