R.Braun: “Reqlamentdə dəyişikliklər olacaq”

Azərbaycan Qran Prisi ilə əlaqədar paytaxtımızda olan Formula1-in idman direktoru Ross Braunun bu gün mətbuat nümayəndələri ilə brifinqi baş tutub.

Braun brifinqin təşkil edəlməsini şəxsən özü istəyib. Təcrübəli mütəxəssis yerli jurnalistlərin suallarını cavablamaq, onlara maraqlı və qaranlıq olan məsələlərə toxunmaq arzusunda olduğunu deyib. F-1.az saytının əməkdaşı hazırkı reqlamentin ötmələrə imkan vermədiyini bildirib və bununla bağlı dəyişikliyin olub-olmayacağını soruşub.

Ross Braun: “Haqlısız, ötmələrin sayı kəskin azalıb. Qeyd etdiyiniz kimi, bunun səbəbi reqlamentdə edilmiş sonuncu radikal dəyişikliklərdir. Əvvəlki kimi hava boşluğu yaranmır və arxada olan sürücü bundan istifadə edə bilmir. Bizə bu barədə bir çox təkliflər gəlib və üzərində düşünürük. Tezliklə bunu aradan qaldıracaq dəyişikliklər ediləcək”.

Braun vurğulayıb ki, yaxın illərdə bir sıra xırda yeniliklər olsa da, radikal dəyişikliklər gözlənilmir. Əsas dəyişikliklər yeni motorların olacağı 2021-ci ilə planlaşdırılıb. 2019-cu ildə də idmana bir sıra ciddi yeniliklər gətiriləcək, lakin bunlar əsasən idarəetmə sahəsində olacaq. O, həm də ilk dəfə gəldiyi Bakıya vurulduğunu, Bakı Şəhər Halqasının gözəl tras olduğunu bildirib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*