F-1.az xatırladır ki, Ferrari və Mercedes mövsümə yaxşı başlasalar da, Red Bull ilk yarışlarda bu iki rəqibindən çox geridə qalmışdı.
Ross Braun: “Sözün açığı, mövsüm başlayanda Mercedes, Ferrari və Red Bull-un çempionluq uğrunda mübarizə aparacağını gözləyirdim, amma avstriyalılar geridə qaldılar. Əgər bir az güclü bolidləri olsaydı, Rikkardo və Ferstappenin hazırda çempionluq şansları olardı. Ancaq yaxşı inkişaf etdilər və son yarışlarda mübarizəyə zövq qatdılar. 2018-ci ildə bu 3 komandanın daha yaxın olacaqlarını düşünürəm. Ümid edirəm ki, gözəl mövsüm olar. Bu il Fettellə Həmilton arasındakı mübarizə gözəl idi”.