R.Braun: “Paddokda centlmen qalmayıb”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, komandalar 2021-ci ildə 175 milyon dollarlıq büdcə limitini keçsələr, bütün xalları silinə bilər.

F-1.az xatırladır ki, komandalara 2021-ci ildən etibarən 21 yarış üçün 175 milyon dollar büdcə həddi qoyulacaq və əlavə hər yarışa hədd 1 milyon dollar artırılacaq.

Ross Braun: “Yeni maliyyə reqlamenti dramatik dəyişiklikdir. Keçmişdə bu cür şeyləri sınasaq da, alınmamışdı. Maliyyə reqlamenti artıq FİA-nın nəzarətindədir. Əgər hər hansı bir komanda maliyyə reqlamentinə riayət etməsə, cəzalar olacaq.

Daha əvvəl resursları məhdudlaşdırmaqla bağlı müqavilə var idi. Lakin bu, komandalar arasında centlmenlik müqaviləsi idi. İndiki dövrdə isə paddokda centlmen qalmayıb.

Lakin bu, daha güclü müqavilədir. Maliyyə qaydalarına riayət etməsəniz, çempionluğu belə itirə bilərsiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*