F-1.az xatırladır ki, sonuncu dəfə keçən il Bakı yarışında 3 böyük komandadan olmayan sürücü (Williams – Ləns Stroll) podiuma yüksəlmişdi.
Ross Braun: “Bakıdakı yarışa bir həftə qalıb. Sonuncu dəfə burada fərqli komandadan sürücü podiuma yüksəlmişdi. Bu dəfə belə nəticə gözləmirəm. Artıq ön qrupla orta qrup arasında fərq böyükdür. Bütün mövsüm podiuma 3 böyük komandanın sürücülərinin yüksələcəyini güman edirəm. Onsuz da ilk 3 yarışda da eyni hal baş verdi. Təhlükəsizlik maşınına baxmayaraq, fərqlər sürətlə artdı. Hətta Fettel 16-cı dövrədə pitə gələndə Maqnussenlə 35 saniyə fərqi var idi. 6-cı Rikkardo isə danimarkalı sürücüdən 20 saniyə aralanmışdı. Görək necə olacaq. Təkmilləşdirmə yarışı vacib olsa da, fərqlərin bağlanması çətin görünür”.