F-1.az xatırladır ki, geridə qoyduğumuz mövsümdə bu komandaların pilotlarından yalnız Lando Norris podiuma çıxa bilib.
Ross Braun: “Düşünürəm ki, bizə daha bir mövsüm lazımdır. Reqlament dəyişəndə bəzi komandalar bunu daha yaxşı başa düşür. 2009-cu ildə iki-üç komanda tez bir zamanda yeni qaydaların öhdəsindən gəldi, qalanlarında problemlər var idi, hətta ən yaxşı komandalarda belə. Beləliklə, bəli, mübarizənin gərginləşməsi daha bir mövsüm çəkəcək.
Büdcə limiti, maşınlar üzərində iş, yarışların formatı kimi bir sıra tədbirlər tətbiq etmişik. Formula1-in bütövlüyünü qorumaq və pelotonu daha sıx etmək üçün çalışmışıq. Aerodinamik boru ilə işləmək üçün məhdudiyyətlər var – bu komandaların çempionatdakı yerlərindən asılıdır. Saydıqlarım bizi düzgün istiqamətə yönəldir, ona görə də optimistəm”.