F-1.az xatırladır ki, Formula1 Liberty Media-ya satıldıqdan sonra Ross Braun Formula1-in idman direktoru təyin edilib.
Britaniyalı mütəxəssis yarışları daha maraqlı etməyə çalışır və buna görə də idmanın nə vəziyyətdə olduğunu öyrənmək üçün İspaniyadakı testlərdə iştirak edəcək.
Ross Braun: “Yeni bolidlərin necə göründüyünə baxmaq üçün mövsümöncəsi testlərdə iştirak edəcəm. Önümüzdə radikal dəyişikliklər var və bunun effektini ən qısa müddətdə öyrənməliyik. Melburnda bizi nəyin gözlədiyini bilməliyik”.