F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə 2020-ci il mövsümünün ilk 9 yarışından 7-i təxirə salınıb, 2-i isə ləğv olunub. Hazırkı vəziyyətə görə mövsüm Fransa yarışı ilə başlamalıdır. Lakin orada da vəziyyət ürəkaçan deyil və böyük ehtimalla Pol Rikar trasındakı yarış da təxirə salınacaq. Ondan sonra isə Avstriya Qran Prisi gəlir.
Ross Braun: “Böyük ehtimalla mövsümə Avropa yarışları ilə başlayacağıq. Komandaların səyahət etməsi çətin görünür. Yarışlar azarkeşsiz də keçirilə bilər. Ancaq bu, yarışmamaqdan daha yaxşıdır”.