R.Braun: “Mercedes-in hegemonluğu davam edəcək”

Mercedes komandasının sabiq rəhbəri Ross Braun bildirib ki, almaniyalılar 2017-ci ildə də hegemonluq etməyə davam edəcəklər...

F-1.az xatırladır ki, Mercedes son 3 mövsümdə keçirilən 59 yarışdan 51-ni qazanıb. “Gümüşü oxlar” son 3 ildə həm mühəndislər, həm də sürücülər çempionatının qalibi olublar.

Amma gələn ildən texniki reqlamentdə dəyişikliklər olacaq və mütəxəssislər gələn mövsümdən etibarən Ferrari və Red Bull-un da zirvəyə qayıdacağını gözləyirlər.

Ross Braun isə bu fikirlərlə razı deyil. Britaniyalı mütəxəssis hesab edir ki, gələn il də vəziyyət dəyişməz olaraq qalacaq: “Bu il Mercedes çempionluq uğrunda mübarizə aparsa da, 2017-ci il bolidinin üzərində hamıdan əvvəl işləməyə başlamışdı. Buna görə də rəqiblərinə nisbətən üstün olacaqlar. Mən də eyni vəziyyətdə belə edərdim. Bu qədər güclü bolidiniz varsa və mövsüm ərzində rəqibləriniz sizə yaxınlaşa bilmirsə, bütün resursları növbəti mövsümə yönəltmək daha məntiqlidir. Başqa komanda bunu belə rahatlıqla edə bilməzdi.

Mercedes 2017-ci ildəki dəyişikliklərə ən yaxşı hazır olan komandalardan biri olacaq. Böyük ehtimalla zirvəni heç kimə verməyəcəklər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*