R.Braun: “Mercedes heç vaxt Williams ola bilməz”

Mercedes komandası Çində də dubl edərək, 1992-ci ildən sonra mövsümün ilk 3 yarışında dubl edən ilk komanda olmuşdu.

F-1.az xatırladır ki, 1992-ci ildə də Williams komandası ilk 3 yarışda qələbə dublu etmiş və mövsümün sonunda asanlıqla çempion olmuşdu. Lakin Formula1-in idman direktoru Ross Braun düşünür ki, bu il Mercedes-in işi elə də asan olmayacaq.

Ross Braun: ” Williams həmin il aktiv asılqanlar hesabına güclü paketə sahib idi. Ayrton Sennanın Monakodakı əfsanəvi performansından əvvəl Mənsell ardıcıl 5 yarış qazanmışdı. Senna bu qələbə ilə inanılmaz bir seriyanı pozmuşdu. Lakin Mercedes bu il üstün olsa da, işləri 1992-ci ildəki qədər asan olmayacaq. İlk üç yarışdakı dublun memarı mükəmməl paket yox, mükəmməl komanda işidir. Bundan başqa Mercedes-in builki rəqibləri də güclüdürlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*