F-1.az xatırladır ki, Almaniya yarışında əvvəlcə Ferrari komandası Kimidən Fettelə yol verməsini istəmişdi. Daha sonra isə Bottas təzə təkərlərlə komanda yoldaşı Həmiltona hücum edərkən komanda ondan yerini qorumasını istəmişdi.
Ross Braun: “Komanda körpüsündə işlədiyim illərdə bəzi hadisələrdə sürücülərdən fədakarlıq etməsini istədim. Komanda yoldaşının yaxşılığı üçün yox, komanda üçün fədakarlıq etmələrini istədim. Bəzən isə qərarlar çox mənasız olur. Amma bir qərar sizə bir xal artıq qazandırırsa, onu tətbiq etməlisiniz. Ən kiçik xal itkisi belə çempionatın taleyini həll edə bilər.
Mercedes-in verdiyi əmr Ferrari-yə nisbətən daha açıq idi. Bottasın təkərləri Həmiltona nisbətən daha təzə idi. Bunu görə də Bottasın bu qərarı həzm etməsi Rəykkönenə nisbətən daha çətin idi. Çünki yarışın bitməsinə bir neçə dövrə qalmışdı”.