F-1.az xatırladır ki, bu mövsüm Formula1-də 40 ildən sonra yenidən altlıq effektli maşınlara qayıdıb. Bu addımı atmaqda əsas məqsəd sürücülərin rəqiblərini izləməsini asanlaşdırmaqdır.
Ross Braun: “Əvvəllər maşınlar izləmə zamanı ən az 40 faiz asfaltayatma qüvvəsi itirirdi və izlədiyi maşına yaxınlaşa bilmirdi. Araşdırmalardan belə qənaətə gəldik ki, maşınlar yan-yana belə gedəndə asfaltayatma qüvvəsi itirirlər. Buna görə də aerodinamikanı dəyişmək qərarına gəldik.
Beş il əvvəl bu vəzifəyə gələndə bilirdim ki, idmana yeniliklər gətirmək lazımdır. Berni ilə də gözəl illərimiz olsa da, yeni dövrü onun dövrü ilə müqayisə etmək düzgün olmaz. Yeni auditoriyaya ehtiyacımız var idi və bunu bacardıq”.