R.Braun: “Həmiltonu Lauda gətirib”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Lyuis Həmiltonu Mercedes-ə gətirən Lauda olub.

F-1.az xatırladır ki, Ross Braun 2010-2013-cü ildə Mercedes komandasının rəhbər vəzifəsində işləyib. Lauda isə 2012-ci ilin sonlarında komandaya qoşulmuşdu və ilk işi Lyuis Həmiltonu yeddiqat Dünya Çempionu Şumaxerin yerinə gətirmək olmuşdu.

Ross Braun: “İlk vəzifəmiz Həmiltonu komandaya gətirmək idi. Niki bu prosesdə vacib rol oynadı. Lyuisi razı saldım və bazamıza gəldi. Amma Lyuis 25 milyon maaş istəyirdi. Lauda rəhbərliyi bu mövzuda razı saldı. Bu, asan iş deyildi. Bu, komandanın hazırkı vəziyyətinə təsir etdi.

Ondan sonra komandanın bütün idarə işlərinə qarışdı. Qəddar idi. Çox vaxt aramızda qızğın mübahisələr oldu. Amma birlikdə yaxşı işlədiyimiz vaxtlar da oldu. Nikinin məsləhətləri həmişə çox dəyərli oldu. Onun mükəmməl keçmişi var. Hazırkı Mercedes-in inkişafında önəmli yeri var idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*