F-1.az xəbər verir ki, Formula1-də son illərdə hegemonluqlar yaşanır. 2009-cu ildə Brawn GP, 2010-2013-cü illərdə Red Bull, 2014-2016-cı illərdə isə Mercedes komandası Formula1-də yarışların çoxunu qazanıb.
Gələn il texniki reqlament yenidən dəyişilir və Ross Braun yeni hegemonluqdan qorxur: “Bunu deyim ki, qaydalar stabil qalsa, komandalar bir-birlərinə yaxınlaşır və mübarizə artır. Məsələn, Mercedes hələ də qazanır. Amma əvvəlki illərə nisbətən fərqlər elə də böyük deyil. Qaydalar uzun illər dəyişməyəndə komandalar bir-birlərinə yaxınlaşırlar. Yeni qaydalar gələn zaman isə bir komanda digərlərindən yaxşı işlər görür. Orada olanda mən də bunu etməyə çalışırdım. Vaxt keçdikcə digər komandalar sizə yaxınlaşır və fərq azalır.
Yeni qaydalardan sonra bir komanda önə çıxacaq və böyük üstünlük quracaq. Kim olacaq bilmirəm, amma biri olacaq”.
Ross Braun düşünür ki, Mercedes-in bolidi güclüdür: “Mercedes-i elə-belə görməyin. Peletonda Mercedes mühərriyindən istifadə edən 4 komanda var və ancaq zavod komandası yarışları qazanır. Bunun da bir səbəbi var – yaxşı komanda və yaxşı bolid. Amma Red Bull bu qaydaların dəyişməsini istəyənlərdən biri idi. Buna görə də həmişə demişəm ki, Formula1-də siyasət var”.