F-1.az bildirir, Ross hər hansı bir konkret komandada işləməyə hazır deyil, amma onun Red Bull komandasının başçısı Kristian Hornerin çempionatın yeni sahibi Liberty Media-ya dediyi “Rossun təcrübəsindən Formula1-in idman və ya texniki direktoru kimi istifadə etmək olar” fikrindən xoşu gəlib…
Ross Braun: “Kristiandan belə tərif eşitmək xoş oldu. Belə bir vəzifəyə qayıtmaq da maraqlı olardı. Mən heç vaxt konkret komandada işə qayıtmazdım – bu vəzifədə mən mümkün olan hər bir şeyi etmişəm. Amma Formula1-ə ən yaxşı olmaq üçün kömək etməyə hazıram.
Əgər siz məndən soruşsanız ki, Formula1-ə nə lazımdır, mən deyərdim ki, üçillik və ya beşillik plan lazımdır. Amma mənim fikrimcə, hazırda belə bir plan tərtib edə biləcək və onun realizəsinə nəzarət edə biləcək struktur yoxdur.
Çox güman ki, Liberty Media da vəziyyətə yavaş-yavaş öyrəşir. Onlar kifayət qədər ağıllıdırlar, onlar başa düşürlər ki, çempionatın sahibləri tərəfindən belə bir diqqətə öyrəşməyən Ekklstouna alışmaq zaman tələb edir.
Mənim isə Berni ilə heç bir problemim yoxdur. Bizim fərqli yanaşmamız var – mən təşkilatı və metodik yanaşmaya üstünlük verirəm, Berni isə çox impulsivdir və əgər biz bu keyfiyyətlərimizi cəm etsək, çox maraqlı ola bilər. Bəzən Berninin yanaşmasından xoşum gəlir, amma mən fərqli düşüncə sahibiyəm – kənar yol axtarmıram, bir qapını açılıncaya qədər döyürəm”.