F-1.az xatırladır ki, Braun 2013-cü ildə Mercedes-dən ayrılmışdı və təqaüdə çıxdığını rəsmən elan etmişdi. Braun jurnalistlərin “Hər hansı komandadan sizə təklif gəlibmi?” sualına cavab verib: “Xeyr, hələ heç bir təklif yoxdur”.
Braun bildirib ki, əgər idmana qayıtsa, tam işləməyəcək: “Mənə motivasiya verən və marağımı cəlb edən təklif almamışam. Belə şeylərdə heç vaxt “heç vaxt” demək olmaz, amma hazırda gördüyüm işdən razıyam. Mən idmanda olanda 7/24 işləyirdim, amma artıq əmin deyiləm ki, bunu edə bilərəm”.