F-1.az xatırladır ki, Ferrari mövsümə yaxşı başlasa da, mövsümün ikinci yarısında yaşadıqları etibarlılıq problemlərinə görə çempionluğu Mercedes-ə hədiyyə ediblər.
Ross Braun: “Sebastyanı ilboyu göstərdiyi performansa görə təbrik etməliyik. Meksikada poul aldı və mükəmməl dövrə vurmuşdu. Yarışda gerilərə düşsə də, sona qədər mübarizə apardı və çempionluq üçün əlindən gələni etdi. Sürətli olduğunu yenə göstərdi. Çempion ola bilməsə də, bu uğuru ilə fəxr duymalıdır. Gələn il daha mükəmməl olacaqlar. Maranello inkişafın yollarını bilir və buna görə gələn il daha güclü olacaqlar”.