R.Braun: “Ferstappen mənə dejavü yaşatdı”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Maks Ferstappenin Meksikadakı performansını izləyərkən dejavü yaşayıb.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa ikinci yerdən başlasa da, mükəmməl startla liderliyə yüksəlmiş və sona qədər üstünlüyünü davam etdirərək, qalib gəlmişdi.

Ross Braun: “Mənə Mixael Şumaxerin bəzi yarışlarını xatırlardı. Mükəmməl idi. Onun sadəcə 20 yaşı var və çox yaxşı inkişaf edir.

Şənbə günü poulu əldən verdi, amma Sebastyan çox yaxşı dövrə vurmuşdu. Bazar günü rəqiblərinə qarşı mübarizə apardı və birinci döngədə çox cəsarətli idi. Öndə vəziyyətə yaxşı nəzarət etdi. Bu çox gözəl performans idi. Hazırda bolidi güclüdür və bu ona kömək edir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*