F-1.az xatırladır ki, Fettel keçən il çoxlu səhvlər edərək, çempionluğu əldən vermişdi. Lakin Braun düşünür ki, almaniyalı sürücü çempion olmaq üçün hər şeyə sahibdir: “Hazırda orada sakitlikdir və buna görə də şansları var. Komanda keçən il alt-üst olmuşdu. Asan deyil. Həmilton və Mercedes-i məğlub etmək üçün yüksək səviyyədə çıxış etməlisiniz. Markionnenin də ölümü onlara mənfi təsir etmişdi. Böyük ehtimalla bu il daha güclü olacaqlar.
Mercedes zəif görünsə də, mövsüm ərzində yenidən güclənəcək”.