F-1.az xatırladır ki, Liberty Media yanvar ayında Formula1-i Berni Ekklstoundan satın almış və onun vəzifəsi 3 nəfər – Çeyz Keri, Ross Braun və Şon Bratçes arasında bölünmüşdü.
Ross Braun: “Berni ilə bu işi görə bilməzdim. Düzdür, onunla işləmək həzz verə bilərdi, amma Berni işləri özbaşına görməyi sevir. Buna görə də onunla işləmək çətin olardı. Onsuz da onu iş ortaqları ilə görməmişdim. Onun gördüyü işə hörmət edirəm, amma bir yerdə işləməli adam deyil. Onun bir sözü var: °Uzunmüddətli planlar qurma. Çünki vaxtı gələndə nələrin baş verəcəyini bilməzsiniz”. Mən isə uzunmüddətli planlar qurmağın doğru olduğunu düşünənlərdənəm”.