F-1.az xatırladır ki, indiyə qədər bu toplantılarda 6 komanda: Mercedes, Ferrari, Red Bull, McLaren, Williams və Force İndia komadnaları iştirak edirdilər.
Ross Braun: “Strateji İşçi Qrupun toplantıları çox vacibdir. Burada hamı beynindəkini müzakirə edə bilir və həll yolu tapmağa çalışır. Bu iclaslara hazırda peletonun yarısı qatılmır və məncə, bu çox ciddi problemdir. Burada hamı Formula1 üçün əlindən gələni etməyə çalışarkən, bu komandaların heç nə ilə maraqlanmaması bizi narahat edir. Bu qrupun aktiv olması üçün hamı əlindən gələni etməlidir. Əks halda məntiqli qərarlar vermək asan olmayacaq. Ümid edirəm ki, hamı bunu anlayar”.