R.Braun: “Bottas vacib iş gördü, amma…”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Bottas sonuncu Macarıstan yarışında vacib rol oynayıb.

F-1.az xatırladır ki, Sebastyan Fettel pit-stopdan sonra Bottasın gerisində qalmış və buna görə də Həmiltonla qələbə uğrunda mübarizə aparmaq şansını əldən qaçırmışdı.

Ross Braun: “Bottas vacib rol oynadı. Amma Fettelin pit-stopu pis keçdi və səhvi özlərində axtarmalıdırlar. Fettel yaxşı pit-stopla öndə qayıda bilərdi. 2008-ci ildən sonra ilk dəfədir ki, Ferrari peletonda ən sürətli maşındır. Hər trasda poul və yarış qazana bilərlər. Xətalar, qəzalar və əldən verdikləri fürsətlərə görə çempionatda geridədirlər. SF71H güclü maşındır və sona 9 yarış qalmış bu fərqi bağlamaq asan olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*