F-1.az bildirir ki, Formula1-in idman direktoru Ross Braun çempionatın rəhbərliyi eyni trasda iki yarış keçirməyi planlaşdırdığını təsdiq edib və Avstriyanın nəyə görə mövsümün açılışı üçün uyğun olmasından bəhs edib.
Ross Braun: “Eyni trasda 2 yarış keçirməyi həqiqətən də, düşünürük. Çünki əsas vəzifələrimizdən biri iştirakçıların paddoka girişindən əvvəl testdəm keçirilmələri və sağlamlıqlarına əmin olmağımızdır. Bunu bir qran pri zamanı etdikdə, növbəti yarışa qədər təhlükəsiz epidomoloji mühiti qorumaq istəyirik. Lakin ilk yarışlar üçün hər şeyi nəzarətdə saxlaya biləcəyimiz və insanların sağlamlıqlarının qeydinə qala biləcəyimiz yer tapmaq olduqca çətindir. Avstriya bütün bunlar üçün çox uyğundur. Trasın yaxınlığında çarter reysləri qəbul edə biləcək kiçik hava limanı var. Eyni zamanda, ora böyük yaşayış yerlərinə çox yaxın deyil.
Trasın ətrafındakı infrastruktur inkişaf etdirilib. Komandalar motorhoumları gətirməyəcəklər, ancaq trasın iştirakçıları hər şeylə təmin etmək üçün imkanları var. Bu şərtlər daxilində orada işləmək mümkündür və bir həftədən sonra növbəti yarışı da keçirmək olar. Belə şəraitdə yarış təşkil etmək hamımız üçün yeni bir şeydir. Sürücülərin, mühəndislərin və bütün texniki heyətin təhlükəsizliyini bərpa etmək üçün lazımi tədbirləri görməyə çalışırıq. Təəssüf ki, indiki halda yarışları ancaq azarkeşsiz keçirmək mümkündür. Təəssüf ki, belədir, lakin biz onlar üçün yarışlar təşkil edəcəyik və televizordan izləyə biləcəklər.
Mövsümün başlaması bizim üçün çox vacibdir və bunun bir neçə səbəbi var. Bunlardan biri çempionatın startının gecikməsinə məyus olan azarkeşləri məmnun etməkdir. Həyəcanverici mübarizələr bizi gözləyir və mövsümün start alması vacibdir”.