R.Boşunq: Son mövsümümdür

Formula2-nin təcrübəli sürücüsü Ralf Boşunq bildirib ki, 2023-cü il onun F2-dəki son ilidir.

F-1.az xatırladır ki, isveçrəli sürücü bu seriyada 2017-ci ildə debüt edib. O, illər ərzində Campos, Trident və MP Motorsport komandalarında əvəzedici sürücü kimi çıxış edib və sadəvə 1 dəfə tam mövsüm yarışıb.

O, keçən il zədələnmiş və mövsümün bir hissəsini yarışa bilməmişdi. Yoxsa keçən il onun son mövsümü olacaqdı.

Ralf Boşunq: “Bu il son mövsümümdür. Düzünü desəm, keçən il son mövsümüm olmalı idi. Boynum zədələndi. Sağaldıqdan sonra isə sponsorlarımla və komanda ilə danışdım və hamısı eyni sözü dedi. Özümü tam isbarlamadığmı düşünürdülər. Mən də bunu hiss edirdim, çünki zədələnənə qədər əla yarışırdım. Buna görə daha bir il davam etdim. Qətiliklə deyirəm ki, bu il son mövsümümdür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*