R.Barrikellonun başında şiş tapılıb…

Sabiq Formula1 sürücüsü Rubens Barrikello bildirib ki, indi yaşaması möcüzədir.

F-1.az xatırladır ki, Formula1-də 322 yarış keçirmiş Barrikello fevral ayında baş ağrılarına görə xəstəxanaya aparılmışdı.

Braziliyalı veteran sürücü xəstəliyi barədə məlumat verməsə də, baş ağrısının damarlarla bağlı olduğu iddia edilmişdi. Lakin 46 yaşlı sürücü bildirib ki, başında şiş tapılıb və buna görə də həyatda qalması möcüzədir.

Rubens Barrikello: “Beynimdə xoşniyyətli şiş var idi və yaşamağım əsl möcüzədir. Yanvar ayında yuxudan oyanıb duş qəbul etdim. Birdən çox pis baş ağrısı başladı. Bu ağrının şiddətinə 10 ballıq sistemlə 9 verərdim. Birdən yerə yıxıldım. Heç kimi oyatmaq istəmirdim. Buna görə də sürünərək yataq otağıma getdim. Ağrıdan ölürdüm. Amma yoldaşım Silvana orada idi və vəziyyətimin ağır olduğunu görüb həkim çağırdı. Tez xəstəxanaya apardılar və iki saat ərzində əməliyyat etdilər. Mənə yaxşı baxdılar və xəstəxanadan ayrılanda dedilər ki, oxşar xəstəliyi olanların sadəcə 14 faizi sağalır. Özümü yaxşı hiss edirəm və müalicəm davam edir. Həyatdakı çətinliklər sizi yetişkən edir. Mənə daha bir şans verdiyi üçün Allaha təşəkkür edirəm. Yarışlarda iştirak edə bilməyəcəm deyə narahatam. Amma hər şey qaydasındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*