R.Barrikello Sennanın şilləsini görüb

Sabiq Formula1 sürücüsü Rubens Barrikello 1993-cü ilin Yaponiya Qran Prisindən sonra Sennanın rəqibi İrvayna şillə vurduğunu görüb.
Rubens Barrikello: “Ayrton orada İrvaynı dövrəvi sürücü kimi keçməyə hazırlaşırdı. Ancaq Eddi ona fikir vermədi və normal formada sürməyə davam elədi. Ayrton elə hirslənmişdi ki, yarışdan sonra Jordan-ın qonaq otağına gəldi və mən də orada idim. İrvayna dedi ki, “sənin başın xarab olub? Mavi bayrağın nə işə yaradığını bilmirsən?” İrvayn da cavabında “nə olub ki?” dedi. Bundan sonra Ayrton çox əsəbləşdi və sağ əli ilə Eddiyə şillə vurdu. Ancaq Eddi çox dəlisov idi. Sennanı çox sevirdi və narıncı dəbilqəsi belə Ayrtonun dəbilqəsini xatırladırdı. Yəni ki, sevdiyi adam ona… Ondan sonra komandadakılar ona dedilər ki, əfsanəvi adamdan şillə yemisən. İrvayn bu hadisəyə görə məyus olmadı. Əksinə deyirdi ki, bu şillə oldu, gələcəkdə bu barədə uşaqlarıma və nəvələrimə danışacam”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*