R.Barrikello Le Manın 24 saatlıq marafonunda iştirak edəcək (video)

Sabiq Formula1 sürücüsü Rubens Barrikello gələn il ilk dəfə Le Manın 24 saatlıq marafonunda iştirak edəcək. O, LMP2 sinfində yarışan Racing Team Nederland komandasından dəvət alıb.

F-1.az bildirir ki, Rubenslə eyni ekipajda daha bir sabiq Formula1 sürücüsü, komandanın sahibi Yan Lammers və hollandiyalı iş adamı, komandanın sponsorlarından olan Jumbo supermarketlər şəbəkəsinin sahibi Frints van Erd olacaqlar.

Rubens sosial şəbəkədə öz təəssüratlarını bölüşüb: “Mən dostum Yan Lammersə və yeni dostum Frints van Erdə təşəkkür edirəm. Komandanın bir hissəsi olacağım üçün şadam. İndianapolis – 500 mil yarışı məndə yeni arzular oyatmışdı”.

Ekipaj Le Manda Dallara-Gibson şassisindən istifadə edəcək. Komanda keçən həftə Manyi Kurda maşını ilk dəfə test edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*