R.Barrikello: Formula1 azarkeşlərə daha yaxın olmalıdır

F-1.az bildirir ki, Liberty Media Formula1-i aldıqdan sonra idmanı azarkeşlər üçün daha əlçatan edib. 2002-ci və 2004-cü illərin vitse-çempionu Rubens Barrikello bunun yaxşı bir şey olduğunu düşünür.

Rubens Barrikello: “Mənə elə gəlir ki, Formula1 azarkeşlərə daha yaxın olmalıdır. Kanadada Lyuis Həmiltona Ayrton Sennanın dəbilqəsinin verilməsi doğru addım idi. Sözün düzü, mən Braziliyada azarkeşlərə avtoqraf verməkdən heç vaxt imtina etmirəm və bu sözləri tez-tez eşidirəm: “Rubens, mən 19 ildir ki, xəstənizəm, amma sizə heç bu qədər yaxın olmamışdım”. Mənim isə onları qucaqlamaq və minnətdarlıq bildirmək imkanım var – bu, əladır.

Bu qucaqlaşmalar Formula1-ə də lazımdır. F1 və azarkeş bir-birinə daha yaxın olmalıdırlar. Lakin Formula1-də çox şeyə rədd cavabı alırsan. Məncə, idman direktoru Ross Braunun bu addımları atmaq üçün imkanları var. Bu yaxınlarda sosial şəbəkədə bir şəkil gördüm. Şəkildə Ceyms Hant ən böyük rəqibi Niki Laudanın yarışdığı Ferrari-nin sükanı arxasında əyləşib – sadəcə həzz almaq üçün. Lakin indi bu baş verərsə, dərhal “rədd ol buradan!” ifadəsini eşidərik”.

Bildiyiniz kimi, Berni Ekklstoun vəzifəsindən getdikdən sonra Formula1-in fəxri prezidenti elan edilib və bəzən yarışlara da gəlir. Rubens onun üçün Formula1-dən birdəfəlik əl çəkməyin çətin olduğunu başa düşür: “Biz Berni barədə pis heç nə deyə bilmərik. Onun yarışlardan xoşu gəlir və bundan imtina etmək çətindir. Karyeramın sonunda mənə deyirdilər ki, onsuz da çox işlər görmüsən, evə qayıtmaq vaxtıdır. Amma burada qalmaq mənim üçün xoş idi, çünki Formula1 maşınını idarə etməyi sevirdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*