F-1.az xatırladır ki, Rubens Barrikello Formula1 karyerası ərzində Stewart, Ferrari, Honda, Brawn GP və Williams komandalarında çıxış edib və 326 yarışa çıxıb. Braziliyalı sürücü karyerası ərzində 11 qələbə qazanıb.
43 yaşlı veteran sürücü 24 saatlıq Daytona yarışında Dallara-Chevrolet Corvette DP-nin sükanının arxasına keçəcək. Barrikello bu avtomobilin sükanını komandanınn həmsahiblərindən biri olan Maks Encelelli və komandanın daimi sürücüləri olan Riki və Cordan Teylor ilə bölüşəcək.
Braziliyalı sürücü bu barədə fikirlərini bildirib: “Həyəcanlıyam, çünki Daytona yarışı gözəl yarışdır və mənim üçün həmişə maraqlı olub”.
Xatırladaq ki, Wayne Taylor Racing komandası 2013-cü və 2014-cü ildə keçirilən yarışları ikinci pillədə bitirib. Komandanın həmsahibi Ueyn Teylor bildirib ki, onlar Barrikellonu təcrübəsinə görə komandaya gətiriblər: “Belə böyük yarış üçün sizin yaxşı komandanız olmalıdır. Təcrübəli komandamıza Rubens kimi sürücü gətirdik və bu bizi daha güclü edəcək”.
Qeyd edək ki, Rubens Barrikello keçən il də Daytona yarışında iştirak etmişdi. O, Starworks komandasının Riley Daytona Prototip avtomobilini idarə etmişdi və finişə çata bilməmişdi…