R.Arnu: Həmiltonu sevmirəm

Sabiq Formula1 sürücüsü Rene Arnu bildirib ki, o, Həmiltonu heç sevmir.

F-1.az xatırladır ki, Lyuis Həmilton indiyə kimi Formula1-də yarışdığı 16 mövsümdə 7 dəfə Dünya Çempionu olub. Onun artıq 38 yaşı var. Bu yaşda sadəcə Alen Prost və Naycel Mansell Dünya Çempionu ola bilib.

Yeddiqat Dünya Çempionu trasdan kənarda başqa işlərlə də məşğuldur. O, dəbdən tutmuş insan haqlarına qədər hər şeylə məşğuldur.

Rene Arnu: “Həmiltonu şəxsiyyət kimi sevmirəm. Mercedes-dən bolidi qara rəngə boyamasını istəmişdi və bu xoşuma gəlmədi. Çox məyus oldum. Toto Volffun yerinə olsam, bolidi ağ-qara edərdim. Bu daha məntiqli və təsiredici mesaj olardı.

Ağ-qara problemini şişirdən adamlardan bezmişəm. Onun geyim tərzini də sevmirəm. Bu onun seçimidir. Hamı istədiyini edər. Lakin fərqlənməyə ya da bir şey isbatlamağa ehtiyac yoxdur. Belə geyinərək nəyi isbatlamaq istəyir?

Lakin onun pilotluğuna heç nə demək olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*