R.Arnu: Ferrari-də rəhbərlik dəyişməlidir

Sabiq Formula1 sürücüsü Rene Arnu bildirib ki, Ferrari rəhbərliyində dəyişiklik olmasa, uğurlu nəticələr gəlməyəcək.

F-1.az xatırladır ki, italyan təmsilçisi son titulunu 2007-ci ildə qazanıb və son dəfə 2012-ci ildə sonuncu yarışa qədər titula iddialı olub. Son 2 mövsümdə isə komanda qələbə üzünə həsrət qalıb. “Qırmızılar” son qələbələrini 2019-cu ilin sentyabr ayında Sinqapurda əldə ediblər.

Rene Arnu: “Ferrari keçən il bərbad idi. Dünyanın ən yaxşı komandasına layiq çıxış etmirdilər. Jan Todt orada olanda ikinci yeri belə qəbul etmirdi. Elə nəticədən utanar və nifrət edərdi. Onunla yarışmağı çox istəyərdim. Bəlkə, titul da qazanardım.

Bir dövrəyə 1 sanityə yacaş olub və üçün yeri tutub sevinə bilməzsiniz. Reqlament dəyişib deyə Ferrari-dən uğur gözləmək mənasızdır. Üç ildir ki, bəzi şeylər qaydasında deyil. Pul var, işçilər əladır. Bazada da hər şərait var. Ancaq komandanın başında doğru adamlar yoxdur. Yoxsa hər şey yaxşı olardı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*