F-1.az xəbər verir ki, hollandiyalı sürücü müqaviləyə əsasən, həm “Le Manın 24 saatı”, həm də “Spanın 6 saatı” yarışlarında mübarizə aparacaq.
Xatırladaq ki, 30 yaşlı van der Qarde 2013-cü ildə Caterham komandası ilə Formula1-də debüt edib. 2014-cü ildə isə Sauber komandasında test pilotu kimi çıxış edib. Hollandiyalı pilot 2015-ci ildə Sauber komandası ilə yarışmaq üçün müqavilə bağlasa da, Sauber komandası müqavilənin şərtərini pozub. Buna görə də van der Qarde komandanı məhkəməyə verərək böyük məbləğdə təzminat alıb.