E.Qutyerres: “Onlar özlərini mənim yerimə qoysunlar”

Mavi bayraqlara məhəl qoymadığı üçün sərt tənqidlərə məruz qalan Esteban Qutyerres çox təəccüblüdür..

F-1.az xatırladır ki, meksikalı sürücü Macarıstanda mavi bayraqlara məhəl qoymayıb, Həmiltonu ləngitdiyi üçün 5 saniyə cəza almışdı. Qutyerres Almaniyada Rikkardonu da ləngidib. Rikkardo meksikalının bu hərəkətindən sonra “ölürəm də bu Esteban üçün” demişdi.

Qutyerres bu sözlərə görə məyus olduğunu bildirib. Gənc sürücü mavi bayraqlarra məhəl qoymadığı üçün onu tənqid edən sürücülərə bildirib ki, özlərini onun yerinə qoysunlar: “Rikkardo ilə danışaram. Təəccübləndim, çünki önümdə başqaları var idi. O məndən çox arxada idi, amma ayağımı qazdan çəkəndə 2 saniyə itirdim.

Əlimdən gələni edirəm. Heç kimə əngəl olmaq istəmirəm. Əgər hərəkətlərimdən xoşu gəlmirsə, gedib özü ilə danışaram. Mən heç kimə pislik etmək istəmirəm. O 2 saniyə geridədirsə, mən 4 saniyə itirsəm, olan mənim qazanacağım xala olar. Mən öz xeyirlərimi də düşünməliyəm, amma heç kəsə zərər vermədən. Özlərini mənim yerimə qoysunlar. Əlimdən gələni edirəm. Rikkardonu qəsdən saxlamamışam. Sadəcə gözlədim ki, bir az da yaxınlaşsın. Onsuz da ikinci dövrədə keçməyinə icazə verdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*