F-1.az bildirir ki, təşkilatçılar tamamilə çempionatın tarixinə, komandalara, əfsanəvi sürücülərə və avtoidman dünyasının digər məşhur simalarına həsr olunmuş unikal interaktiv ekspozisiya vəd etmişdilər.
Bu gün məlum olub ki, sərginin eksponatlarından biri də 2020-ci il Saxir Qran Prisinin birinci dövrəsində Roman Qrojanın sükanı arxasında qəzaya uğradığı yanmış Haas maşını olacaq. Bundan əlavə, tamaşaçılar qəzanın əvvəllər dərc olunmamış kadrlardan istifadə edilməklə yaradılmış videoinstalyasiyasına baxa biləcəklər.
F1 sərgisi martın 24-də açılır və yayın əvvəlinə qədər davam edəcək. Biletlərin qiyməti 19,99 avrodan başlayır.