Qrojan yenə qələbəni əldən verib: Bu dəfə Skott MakLaflin sevinib

Dünən gecə okeanın o tayında İndycar çempionatında mövsümün 4-cü yarışı baş tutub. Alabamanın Barber Motorsports Park trasında keçirilən yarış Penske komandasının sürücüsü Skott MakLaflinin qələbəsi ilə başa çatıb.

F-1.az xəbər verir ki, mövsümdə ikinci dəfə pouldan start alan Roman Qrojan bu dəfə yeni finişdə ikinci olub.

Fransalı sürücü uzun müddət peletona başçılıq edib. İkinci pitdən sonra Skott keçmiş Formula1 sürücüsünün arxasında trasa qayıdıb və onu sıx təqib edib. Son pitə Qrojandan 3 dövrə sonra yollanan MakLaflin finişə 17 dövrə qalmış liderliyə yüksəlib – Andretti Autosport komandasının sürücüsü 5-ci döngədə səhvə yol verib – əvvəlcə təkərləri bloka salıb, sonra apeksə düşə bilməyib. Finişdə Skott Romanı cəmi 1.7 saniyə qabaqlayıb.

Podiumu isə Skottun komanda yoldaşı Vill Pauer tamamlayıb. Sonuncu çempion son dövrələrdə Romanla fərqi minimuma endirib, amma fransalı sürücü mövqeyini qoruya bilib.

Bu yarışdan sonra turnir cədvəlində mübarizə daha sıxlaşıb. Alabamada 10-cu olan Markus Eriksson 130 xalla çempionata başçılıq edir. McLaren-dən Pato O Vardın aktivində 127 xal var. Aleks Palou isə 121 xalla ilk üçlüyü tamamlayır. MakLaflin 119, Qrojan isə 115 xal toplayıblar.

İki həftədən sonra çempionat iştirakçıları İndianapolisə toplaşacaqlar – əvvəlcə onlar əfsanəvi avtodromda adi versiyada yarışacaqlar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*