Qrojan və Palmer startda beş yer itirəcəklər

Hər iki sürücü eyni səbəbə - sıralanma turunun ilk sessiyasında Antonio Covinatsinin qəzasına görə dalğalanan sarı bayraqlara baxmayaraq, son döngədə sürətlərini azaltmadıqları üçün cəzalandırılıblar.

F-1.az bildirir ki, stüardlar hər iki sürücünün sarı bayraqlara baxmayaraq, sürətlərini azalmağa cəhd belə etmədiklərini və nəticələrini yaxşılaşdırmağa çalışdıqlarını xüsusilə qeyd ediblər. Onlara kifayət qədər sərt cəza verilib – hət ikisi startda beş yer itirməklə bərabər, 3 cərimə balı alıb.

Bu, Qrojanın son 12 ayda aldığı ilk cərimə balıdır. Palmerin isə artıq 7 balı var. Reqlamentə görə 12 ay ərzində 12 cərimə balı almış sürücü növbəti yarışı buraxmalı olur…

 

 

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*