Mercedes şirkətinin Formula1-də artıq özünün zavod komandasının olmasına baxmayaraq, onun DTM seriyasında zavod sürücüsü olan Qəri Paffet McLaren komandasında test sürücü kimi qalacaq…
Qəri Paffet: “Mən McLaren-in testlərində işimi davam etdirəcəm, bunun maşının təkmilləşməsinə və çempionatda qalib gəlib gəlməsinə komək edəcəm. Mən Formula1-də Mercedes bağlı deyiləm, mən bu şirkətin maşınlarında DTM seriyasında çıxış edirəm, Formula1-də isə McLaren-lə işləyirəm. Çempionatda qarşıdakı mübarizəyə baxmayaraq, tərəflər yaxşı münasibət saxlayırlar, ona görə də mən hər iki seriyada işimi davam etdirəcəm.
Lyuis motivasiyalıdır və əməksevərdir, Censon isə 2009-cu ildə öz işinin öhdəsindən əla gəlib, ona görə biz hamımız bu cütlüyün 2010-cu ildə çıxışını səbirsizliklə izləyəcəyik. McLaren-lə müqavilənin bağlanması Batton üçün ciddi addım idi, Həmilton komanda ilə bir neçə mövsüm keçirib və iş prinsiplərinə bələddir, amma McLaren-də əsil komanda ruhu hökm sürür – sürücülər bərabər imkanlar alacaqlar, bir-biri ilə mübarizə aparacaqlar, bu isə mövsümü daha maraqlı edəcək. Batton və Həmilton rəqib deyillər, onlar müttəfiqdirlər, bir-birlərini motivasiya edirlər.”
28 yaşlı britaniyalı sürücü McLaren-də 2006-cı ildən çalışır…