Q.Paffet: “McLaren Red Bull-a çatmaq iqtidarındadır”

McLaren komandasının test sürücüsü Qəri Paffet əmindir ki, bu mövsümdə onun komandası sürət baxımından çempionatın lideri Red Bull komandasına çata […]

McLaren komandasının test sürücüsü Qəri Paffet əmindir ki, bu mövsümdə onun komandası sürət baxımından çempionatın lideri Red Bull komandasına çata bilər. Çin Qran Prisində qələbəni Lyuis Həmilton qazansa da, sıralanma turunda poulu Sebastyan Fettel digər McLaren sürücüsü Censon Batton üzərində 0.7 saniyə üstünlüklə qazanmışdı…

Qəri Paffet: “Komanda maşının ümumi modernizəsini aparır. keçən ayın əvvəlində biz əsas rəqiblərimizdən çox geri qalırdıq, amma irəliyə doğru böyük addım atdıq. İndi tədricən inkişafı davam etdirmək lazımdır.

İki il əvvəl biz sübut etmişdik ki, mövsümün gedişində McLaren yüksək modernizə tempini saxlaya bilər. Ümid edirəm ki, indi biz bu prosesi başlaya bilərik.

Yenilənmiş qazburaxma sistemi və maşın altlığı artıq Melburnda debüt etmişdi, demək olar ki, son dəqiqələrdə, məhz cümə sərbəst yüürşlərində biz bu elementləri ilk dəfə yoxladıq və maşın özünü heç də ideal aparmırdı. Ona görə də gərgin işləməli olduq ki, bu sistemlərin işini qaydaya salaq və onlardan maksimum üstünlük qazanaq.

Amma indi növbə digər yeniliklərindir: ümid edirəm ki, onlar da effektiv alınacaq və biz sıralanma turunda Red Bull-a çatacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*