McLaren komandasının test və ehtiyat sürücüsü Qəri Paffet Yenil il tətilindən sonra komandanın bazasına qayıdıb. Yaxın günlərdə o simulyatorda yeni MP4-26 modelini yoxlayacaq – britaniyalı sürücü arxa antiqanadın hərəkətli elementini və KERS-i yoxlayacaq.
Bu həftə Birmingemdə mətbuat üçün ənənəvi Autosport İnternational Show keçiriləcək, McLaren komandasının həlledici əməldaşları tədbirə qatılacaqlar, gələn həftə isə simulyatorun sükanı arxasına komandanın əsas sürücüləri oturacaqlar.