F-1.az xatırladır ki, Liberty Media idmanın imicinə uyğun gəlmədiyi üçün düzülüşdəki qızlardan imtina etmişdi. Amma çox keçməmiş məlum olub ki, sürücülərin nömrələrini uşaqlar saxlayacaq. Bu uşaqlar kartinq və ya aşağı seriyalardan seçiləcək və avtoidman klubları onları ya istedadlarına görə, ya da püşklə seçəcək. Seçilən 20 nəfər dünyanın ən yaxşı sürücülərinin yanında dayanacaq və onlar üçün mükəmməl təcrübə olacaq.
Jan Todt: “Formula1 avtoidmanın zirvəsidir və aşağı seriyalarda yarışan hər gənc sürücünün xəyalıdır. Biz onlara yuxularını reallaşdırmaq şansı veririk. Bu, gənc sürücülər üçün böyük mükafatdır”.
Şon Bratçes: “Gənc sürücülər üçün mükəmməl fürsətdir. Kumirlərinin yanında duraraq yarış hazırlıqlarını izləyəcəklər. Onlar və ailələri üçün mükəmməl təcrübə olacaq. Onlara ilham vermək üçün əla ideyadır”.
Qeyd edək ki, gənc sürücülərin ailələri də bazar günü yarışı izləyə biləcəklər…