Qış tətili qanuniləşdirilə bilər

Hər il Formula1 təqvimində mərhələlərin sayı artır, 2023-cü ildə ən azı 23 yarış olacaq və əgər Çin Qran Prisini keçirmək alınsa və ya onun əvəzedicisi tapılsa, yarışalrın sayı 24-ə çatacaq.

F-1.az xəbər verir ki, ona görə də çempionatın təşkilatçıları komandalarla birlikdə məcburi qış fasiləsinin tətbiqi imkanlarını nəzərdən keçirirlər.

Qış tətilində bəzi komandalar bir neçə gün bazalarını bağlayır, lakin onlardan bunu etmək tələb olunmur. Bununla belə, çempionatda məcburi yay fasiləsi ilə yanaşı, maşınlarla işləməklə bağlı demək olar ki, hər hansı fəaliyyətin qadağan edildiyi, qışda da belə bir təcrübənin tətbiqi məsələsi indi müzakirə olunur.

Məsələ Formula1 İdman Məsləhət Komitəsinin bütün komandaların idman direktorlarının iştirak edəcəyi növbəti iclasının gündəliyinə daxil ediləcək. Razılıq əldə olunarsa, ola bilsin ki, məcburi qış fasiləsi ilə bağlı müddəa növbəti dəyişiklik edilərkən çempionatın İdman Reqlamentinə salınsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*