AutoSport-un məlumatına görə, qış testlərində bir gün yağış təkərlərindən istifadə olunacaq. Əgər həmin günlərdə yağış yağmasa, tras süni sulanacaq. Bunun səbəbi sürücülərin və komandaların yeni yağış təkərlərinə daha yaxşı uyğunlaşmalarına şərait yaratmaqdır.
Xatırladaq ki, qış testləri 27 fevral – 2 mart və 7 – 10 mart tarixlərində Barselonada baş tutacaq.