Qış testləri: Komandaların iş qrafiki

Bu gün Bəhreyn Beynəlxalq Avtodromunda cəmi 3 gün davam edəcək mövsümöncəsi testlər start götürəcək.

F-1.az bildirir ki, testlərin cəmi 3 gün davam etməsi bir çoxlarını razı salmır, lakin büdcə limiti və maliyyə xərclərini də nəzərə aldıqda, razılaşmaqdan başqa yol da qalmır.

Testlərə komandaların hamısı qoşula biləcək. Xatırladaq ki, hər bir komanda yalnız bir maşınla iştirak edə bilər.

Testlər hər gün Bakı vaxtı ilə 11:00-da start götürəcək və 15:00-da hamı 1 saatlıq nahar fasiləsinə yollanacaq. Bu fasilədə sürücülər və komanda rəsmiləri mətbuat konfranslarında iştirak edəcəklər. Test günü isə 20:30-da başa çatır…

Komandaların iş qrafikləri ilə cədvəldə tanış ola bilərsiz:

Komanda 23.02.2023 24.02.2023 25.02.2023
Mercedes Corc Rassell / Lyuis Həmilton Lyuis Həmilton / Corc Rassell Corc Rassell / LyuisHəmilton
Red Bull Racing Maks Ferstappen Serxio Peres / Maks Ferstappen Serxio Peres
Ferrari Karlos Sayns / Şarl Lekler Karlos Sayns / Şarl Lekler Şarl Lekler / Karlos Sayns
McLaren Oskar Piastri / Lando Norris Lando Norris / Oskar Piastri Oskar Piastri / Lando Norris
Alpine Pyer Qasli / Esteban Okon Esteban Okon / Pyer Qasli Pyer Qasli / Esteban Okon
Aston Martin Felipe Druqoviç / Fernando Alonso elan edilməyib elan edilməyib
AlphaTauri Yuki Tsunoda / Nik de Friz Yuki Tsunoda / Nik de Friz Nik de Friz / Yuki Tsunoda
Alfa Romeo Quanyu Çjou / Valtteri Bottas Quanyu Çjou Valtteri Bottas
Haas Niko Hülkenberq / Kevin Maqnussen Kevin Maqnussen / Niko Hülkenberq Niko Hülkenberq / Kevin Maqnussen
Williams Aleksander Elbon / Loqan Sarcent Loqan Sarcent Aleksander Elbon

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*