F-1.az xəbər verir ki, startda sürücülər cəmi iki döngəni qət ediblər ki, peletonun dərinliyində Franko Morbidelli porebrikdən birbaşa Aleks Markesin motosikletinin üzərinə atılıb.
Mövsümün lideri Marko Bezzekki və Auqusto Fernandes onların ətrafından keçə bilməyiblər, buna görə də tamaşaçılar çox genişmiqyaslı qəza görüblər, bundan sonra bayklardan biri od tutaraq yanmağa başlayıb.
Bundan sonra yarış dayandırılıb və mübarizədən kənar qalan sürücülər ehtiyat bayklara keçərək yenidən starta çıxıblar. Bu dəfə ilk döngələrdə hamı ehtiyatla davranıb.
Poulun sahibi Aleş Esparqaro geri düşüb, önə isə KTM komandasının sürücüləri çıxıblar. Əvvəlcə Brəd Binder peletona başçılıq etsə də, daha sonra Cək Miller liderliyi ələ alıb. Avstraliyalı sürücü rəqiblərindən uzaqlaşa bilməyib. Finişə 2 dövrə qalmış onu əvvəlcə builki komanda yoldaşı Binder, daha sonra isə keçənilki komanda yoldaşı Françesko Banyaya qabaqlayıblar.
Sabah Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq əsas yarışla həftəsonuya yekun vurulacaq…