F-1.az xatırladır ki, Pastor Maldonado PDVSA şirkətinin lazımi məbləği ödəməməsinə görə Formula1-dən kənarda qalıb.
Mika Salo Maldonado barədə danışıb: “Onun üçün darıxarlarmı, darıxmazlarmı bunu deməkdə çətinlik çəkirəm.
Maldonado F1-ə girəndən sonra bir şəxsiyyət oldu. Razıyam, bəzi qəzalarını başa düşmək olmur, amma mən düşünürəm ki, Formula1-in Maldonado kimi sürücüyə ehtiyacı var.
Heç kim istəməz ki, hansısa sürücü yaralalansın, amma qəzalar fanlar üçün əsl əyləncədir. Yarış bitdikdən sonra insanlar bunu müzakirə edib, əylənirlər.
Maldonado bəzən təhlükəli olur, amma son dövrlərdə o sakitləşmişdi.
Maqnussen hələ gəncdir. O da debüt mövsümündə qəzalar etdi. Bir neçə dəfə sürücü səhvi elədi, amma mən düşünürəm ki, Maqnussen uzun müddətə Maldonadodan yaxşı seçimdir”.